Samir Şərifov: 'Büdcəyə yenidən baxıla bilər'

Samir Şərifov

Milli valyutanın devalvasiyasına baxmayaraq, yenə də manatın məzənnəsi təzyiqlərə məruz qalmaqdadır.

«Report» xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin 5 komitəsinin büdcə müzakirəsində bildirib. O, qeyd edib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub:

«Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/bareldən daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması (2017-ci ildə ÜDM-in 1 faizi, qeyri-neft sektoru üzrə ÜDM-in 2.5 faiz artımı)... nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə, büdcəyə yenidən baxıla bilər».

Artıq iki gündür ki, parlament komitələrində 2017-ci il üçün dövlət büdcəsinin layihəsi üzrə müzakirələr gedir.