“Qazaxıstan, Azərbaycan və Belarusun milli valyutaları kəskin devalvasiya ilə üzləşib. Adıçəkilən ölkələrdə xarici valyuta ilə kreditləşmə olduqca yüksək səviyyədədir. Tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalıdır”.
“Fitch” beynəlxalq reytinq agentliyinin 2017-ci ilə üzrə MDB və Gürcüstanın bank sektorlarına dair yeni açıqlanan proqnozunda belə deyilir.
Buna da bax: 'Fitch'dən proqnoz: Neft Fondu kiçiləcək, dövlət borcu artacaq
APA xəbər verir ki, “Fitch” Qazaxıstan, Azərbaycan və Belarusun bank sektorları üzrə proqnozunu neqativ olaraq qiymətləndirib.
Agentliyin mütəxəssisləri qeyd edir ki, Azərbaycan banklarının kapitalına və likvidliyinə təzyiq mövcuddur. Buna səbəb aktivlərin keyfiyyətinin pisləşməsidir.
“Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda "təmizləmə"nin davam edəcəyini düşünürük”, məlumatda deyilir.
Buna da bax: Azərbaycanın daha iki bankının reytinqi ‘mənfi’yə endirildi
Reytinq agentliyi Rusiya, Ermənistan və Ukraynanın bank sektorları üzrə proqnozunu stabil olaraq müəyyən edib. Rusiyanın bank sektoru üzrə proqnozu rublun məzənnəsinin və ölkə iqtisadiyyatının stabilləşməsinə əsaslanıb.
Gürcüstan və Özbəkistanın da bank sektorları üzrə reytinq stabildir.
Bu il Azərbaycanda 10-dan çox bankın lisenziyası əlindən alınıb. Bu onların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.