Vergi Məcəlləsinə məhdudlaşdırıcı təklif

Fazil Məmmədov

Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər ediləcəyi bildirilir. Həmin dəyişikliyə görə, hüquqi şəxslər və fərdi sahibkarlar nağd qaydada bank hesablarından vəsait çıxararkən, ondan banklar və poçt rabitəsinin milli operatorları 1 faiz sadələşdirilmiş vergi tutacaqlar.

«Report»un xəbərinə görə, bu barədə dekabrın 14-ü vergilər naziri Fazil Məmmədov parlamentdə komitələrin iclasında danışıb.

Xəbərə görə, nazir bildirib ki, nağd əməliyyatların məhdudlaşdırılması təcrübəsi Fransa, İtaliya, Çexiya, Slovakiya və digər ölkələrin qanunvericiliyində də nəzərdə tutulub.

Onun bildirməsinə görə, bu dəyişiklik nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına və likvidliyin təmin olunmasına şərait yaradacaq.