Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub.
Bura Kalmıkiya, Dağıstan Respublikaları, Həştərxan, Volqoqrad, Rostov, Stavropol vilayətləri və Çerkessk bölgəsi daxildir.
Buna da bax: İrandan quşçuluq məhsullarının idxalı dayandı
Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı noyabrın 24-ü və dekabrın 9-da Kalmıkiya, Həştərxan ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayılması haqda xəbərdarlıq edib.
Buna da bax: Yumurtanı 35 qəpiyə almaq istəmirsənsə...
Rusiyanın bəzi bölgələrindən quş və quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulması həmin xəbərdarlıqla bağlıdır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq bölmələrinə quş qripi xəstəliyindən qorunmaqdan ötrü zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə tapşırıqlar verib.