Azərbaycanda doğum azalır, ölüm çoxalır

Gəncədə qəbirstanlıq

2016-cı il noyabrın 1-də Azərbaycan əhalisi 9 milyon 793,8 min nəfərə çatıb.

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artıb. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.

Buna da bax:​ 'Demoqrafik intihar' nə deməkdir?

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min doğulan körpə qeydə alıb. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.1 min nəfər azdır. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qızdır. Körpələrin 2 min 306-sı əkiz, 57-si isə üçəm doğulub.

Bu ilin 10 ayında isə ölkə üzrə 46,5 min ölüm halı qeydə alınıb. Bu isə keçən ilin uyğun dövrü ilə müqayisədə min nəfər çoxdur.

Buna da bax: Boşanmaların səbəbləri: işsizlik...

Nikahlarda azalma var

Nikahların da sayında azalma var. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 56,2 min nikah və 10,7 min boşanma halları qeydə alınıb. 2015-ci ilin 10 ayında isə bundan 2.1 min çox nikah qeyd alınmışdı.