ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer bu qurumun Vyanada Daimi Şurasında növbəti dəfə Azərbaycanda hüquq və azadlıqların pozulması ilə bağlı bəyanat verib.
Noyabrın 3-də, artıq gənc fəal Qiyas İbrahimovun 10 il həbs edilməsi ilə bağlı narahatlıq ifadə etdiyini xatırladan D.Bayer qeyd edib ki, dekabrın 8-də Azərbaycan hakimiyyəti eyni ittihamla digər fəal Bayram Məmmədovu da həbs edib.
Buna da bax: Siyasi məhbuslara belə dəstək oldular
“Bu gənclər barəsindəki hökmlərdən, polisdə onlara işgəncə verilməsi haqqında məlumatlardan çox narahatıq. Hakimiyyəti onları və öz fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs edilən bütün digər şəxsləri azad etməyə çağırırıq. Biz həmçinin hakimiyyəti jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə səsləyirik”, səfir qeyd edib.
Xatırlatma
Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-da həbs ediliblər.
Buna da bax: Hakimiyyət insan haqları ilə bağlı öhdəliklərə əməl etmir
Onların ikisinə də narkotiklərlə bağlı ittiham irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib. Gənclər məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin Bakıdakı heykəlin üzərinə “Qul bayramınız mübarək” şüarı yazdıqlarına görə, həbs edildiklərini bəyan ediblər.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.
Buna da bax: Bakıda siyasi məhbuslara dəstək aksiyası keçirilir
Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.
X. İsmayıl bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb. Ancaq onun ölkədən çıxışına icazə verilmir.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir