“Bu günün ağır durum 20 ildən artıq müddətdə verilmiş qərarların məhsuludur”.
Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) dekabrın 16-da təşkil etdiyi “Dəyişən dünya və Azərbaycan” mövzusunda toplantıda bu mərkəzin rəhbəri İsa Qəmbər belə deyib.
İ. Qəmbər ölkənin ağır iqtisadi böhrana qədəm qoyduğunu ifadə edib. O, hökuməti bacarıqsızlıqda qınayıb.
Buna da bax: Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?
“Hakimiyyətin islahat kimi təqdim etdiyi addımlar ziddiyyətlidir, yarımçıqdır, faktiki olaraq nəticəsizdir. Cəmiyyət çox ciddi sarsıntılar qarşısındadır. Sosial vəziyyət gərginləşməkdə davam edir, böhranın dərinləşməsi qaçılmazdır. Hakimiyyətin bunun qarşısını almaq gücündə olmaması isə göz qabağındadır”, İ.Qəmbər deyib.
“Hökumət ağır durumun fərqində deyil”
O, hökumətin ağır durumun fərqində olduğunu da qeyd edib.
Buna da bax: Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış
“Yarımçıq addımlarla nələrisə dəyişməyə çalışırlar. Bu addımlar bəzən xalqın qəzəbini azaltmaq üçün atılır. Düşünürlər ki, quş məhsullarının, çörəyin və digər məhsulların qiymətinin qalxmasının qarşısını ala bilsələr, bu, cəmiyyəti sakitləşdirəcək. Ancaq anlamırlar ki, inzibati yollarla bunları etməyin heç bir mənası yoxdur”, o, vurğulayıb.
İsa Qəmbər qeyd edib ki, bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti qurumları, araşdırma mərkəzləri birlikdə çalışıb Azərbaycanın gələcəyi ilə bağlı təkliflər verməyə hazır olmalıdır.
Buna da bax: Ərzaq bahalaşır, maaş və pensiyalar artmır
Müzakirə iştirakçıları ölkədə baş verən son hadisələr, dövlətin qarşısında duran vəzifələr, dərinləşməkdə olan iqtisadi böhran və bundan çıxış yolları haqqında öz mülahizələrini paylaşıblar.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir