Mərkəzi Bank 3 ton qızıl satıb

Qızıl

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayında 95 min unsiya (təqribən 3 ton) qızıl satıb.

Bu barədə APA Beynəlxalq Valyuta Fondunun hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd edilən həcm AMB-nin ümumi qızıl ehtiyatlarının 12 faizini təşkil edir.

AMB-nin qızıl ehtiyatının 22 ton 15 kiloqram səviyyəsinə endiyi qeyd edilir.

Sənəddə həmin dövrdə Rusiyanın 1.033 min, Qazaxıstanın isə 99 min unsiya qızıl satın aldığı qeyd edilir.