Sumqayıtın bəzi yerlərində işıqlar sönüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Səngəçal - qaz borusunda partlayış- [Canlı yayımın təkrarı]

«Səngəçaldakı magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində «Azərenerji» ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub».

Bunu APA-ya açıqlamasında «Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib. Onun deməsinə görə, qaz təchizatı məhdudlaşdırılan elektrik stansiyaları 350 meqavatlıq «Şimal» və 450 meqavatlıq «Sumqayıt» stansiyalarıdır: «Qaz təchizatının məhdudlaşdırılması enerji sistemində qəza ilə nəticələnib».

Y.Babanlı əlavə edib ki, Bakı şəhəri və Abşeron rayonunun bir hissəsinə təbii qazın verilişində qısamüddətli məhdudiyyətlər yaranıb. «Tez bir zamanda istehlakçılara elektrik enerjisinin verilişi bərpa olunacaq», - deyə dövlət şirkətinin rəsmisi bildirib.

Dekabrın 27-si saat 09:55-də Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılıb. Bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.