Ölkə başçısı büdcəni təsdiqlədi

İlham Əliyev sənəd imzalayır.

Prezident İlham Əliyev 2017-ci il dövlət büdcəsini təsdiqləyib.

Ölkə başçısı dekabrın 27-də bununla bağlı sərəncam imzalayıb.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manatdır.

Buna da bax:​ Büdcədə 1 milyard manat kəsir yaranıb

Sənədə görə, mərkəzləşdirilmiş gəlirlər 15 milyard 634 milyon 706 min, yerli gəlirlər 620 milyon 294 min manat təşkil edəcək.

Mərkəzləşdirilmiş xərclər də 16 milyard 211 milyon 286 min, yerli xərclər isə 688 milyon 714 min manat məbləğində nəzərdə tutulur.

Ölkə parlamenti 2017-ci ilin dövlət büdcəsi layihəsini dekabrın 16-da təsdiqləmişdi.

Buna da bax: 'Ölkəni böhrana salanlar yox, xalq əziyyət çəkir'

Büdcədə Neft Fondundan transfertlər 6.1 milyard manat həcmində nəzərdə tutulur. Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barelə görə 40 dollar nəzərdə tutulub.

Müstəqil iqtisadçılar gələn ilin büdcəsini son 10 ilin ən kiçik büdcəsi adlandırırlar.