Büdcə: Kimə nə qədər çatacaq?

Arxiv fotosu.

Arxiv fotosu.

2017-ci ildə hüquq-mühafizə orqanlarının saxlanmasına ümumilikdə 927 milyon 537 min 843 manat xərclənəcək. Bu elm xərclərindən (118,5 milyon manat) 9 dəfə çoxdur.

Daxili İşlər Nazirliyinə 412 milyon 507 min, Daxili Qoşunların Baş İdarəsinə isə 152 milyon 564 min manat ayrılacaq.

Buna da bax:​ Ölkə başçısı büdcəni təsdiqlədi

İcra və qanunverici orqanların saxlanmasına 558 milyon

Fövqəladə Hallar Nazirliyinə 141 milyon 329 min, Xüsusi Dövlət Mühafizə Xidmətinə 88 milyon 411 min, Baş Prokurorluğa 48 milyon 62 min, Hərbi Prokurorluğa isə 10 milyon 34 min manat yönəldiləcək.

2017-ci ildə icra və qanunverici hakimiyyət orqanlarının saxlanmasına 558 milyon manatdan artıq vəsait xərclənəcək. Prezident Administrasiyasının saxlanması 76 milyona, Milli Məclisin 23 milyona, Nazirlər Kabinetinin xərcləri isə 10 milyon manata başa gələcək.

Buna da bax: SOCAR-ın sosial xərcləri və 'büdcədən yan ötməklə maliyyələşdirmə' [araşdırma]

Müdafiə xərcləri

Azərbaycanın müdafiə xərcləri ümumilikdə 2 milyard 642 milyon manatdan artıq olacaq. Müdafiə Nazirliyinə 1 milyard 102 milyon, Dövlət Təhlükəsizlik Xidmətinə 93 milyon, Xarici Kəşfiyyat Xidmətinə 18 milyon manat ayrılacaq.

Müdafiə Sənayesi Nazirliyinin saxlanması xərcləri 4 milyon 341 min manat təşkil edəcək. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi araşdırmalardan ötrü Müdafiə Sənayesi Nazirliyinə 2 milyon 642 min manat da ayrılıb.

Müdafiə təyinatlı tədbirlərə və xüsusi layihələrə ayrılan xərclərsə 1 milyard 254 milyon manat təşkil edəcək.

Buna da bax:​ Büdcədə 1 milyard manat kəsir yaranıb

Büdcə kəsirini qapatmağa qrant alınacaq

“2017-ci ilin dövlət büdcəsi haqqında” qanunda büdcə kəsirinin yuxarı həddi 645 milyon manat təsdiqlənib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan təmin ediləcək.

Bundan başqa, hökumət büdcə kəsirini həm də qrantlar hesabına doldurmaq niyyətindədir. Büdcə qanununa görə, hökumət Avropa Birliyindən 20 milyon manat qrant alıb, kəsirin doldurulmasına yönəltmək niyyətindədir.

Buna da bax: Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?

Ölkə başçısı dekabrın 27-də 2017-ci ilin dövlət büdcəsini təsdiqləyib. Gələn ilin büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manatdır.

Müstəqil iqtisadçılar gələn ilin büdcəsini son 10 ilin ən kiçik büdcəsi adlandırırlar.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

2017-ci ilin dövlət büdcəsi belə qəbul olundu