Yanvarın 1-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci ilə bağlı aylıq müavinətin verilməyəcəyi bildirilir.
APA-nın xəbərinə görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu il iyulun 29-da verdiyi qərarda öz əksini tapıb. Həmin qərar ilə «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat»da dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 2016-cı il dekabrın 31-dən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərcindən ötrü aylıq müavinətin verildiyi şəxslərin siyahısından çıxarılıblar.