Azərbaycanın ikinci telekommunikasiya peyki «Azerspace 2»nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq.
Bu barədə «Azərkosmos» ASC-dən məlumat veriblər.
«Trend» xəbər verir ki, iş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrına nəzərdə tutulub.
İkinci geostasionar peykin «Azerspace 1»in əhatə radiusunu genişləndirməyə imkan verəcəyi bildirilir. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.
Azərbaycanın ikinci telekommunikasiya peyki «Azerspace-2»in tikintisi üzrə işlərə, hələ, 2016-cı ilin əvvəllərində başlanıb.
Azərbaycanın ilk peyki olan «Azerspace-1» 2013-cü ilin fevralında orbitə buraxılıb. Həmin peyki «Azərkosmos» ASC idarə edir.
«Azərspace-1» 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir. O, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.