Həmməruzəçilər prezidentlə görüşüblər

AŞPA

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda yanvarın 12-də prezident İlham Əliyevlə görüşüblər.

Xəbəri Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Görüşün təfərrüatı barədə, hələlik, məlumat verilmir.

+++

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda-nın bu gün-yanvarın 12-si Azərbaycana səfəri başlayır.

Verilən xəbərlərə görə, səfər çərçivəsində həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.

S.Schennach və C.F.Preda-nın Bakıda Azərbaycan prezidenti, parlamentin sədri, ədliyyə, daxili işlər nazirləri, Ali Məhkəmənin sədri, baş prokuror, vəkillər kollegiyasının sədri, parlament üzvləri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Bundan başqa, onlar vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşməlidirlər.

Səfərin yanvarın 14-də başa çatacağı bildirilir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.