Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib.
Bu məsələ «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Qanunun tətbiqi barədə prezident İlham Əliyevin 2003-cü ildə verdiyi fərmana edilən dəyişiklikdə öz əksini tapıb.
Bununla bağlı dövlət başçısı İlham Əliyev yanvarın 11-də növbəti fərman imzalayıb.
Bu fərmana əsasən, xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımıDiasporla iş üzrə Dövlət Komitəsi icra edəcək. Yardımın göstərilməsi qaydalarını isə Nazirlər Kabineti müəyyənləşdirəcək.
XATIRLATMA
Qanunda bundan əvvəl də xaricidə yaşayan azərbaycanlılara sosial yardım məsələsi əks olunurdu. Ancaq yardımın qaydaları və onu verəcək dövlət qurumu ayrıca göstərilmirdi.