Dünyadakı innovativ ölkələr arasında Azərbaycanın adı yoxdur.
«Bloomberg» agentliyinin yeni açıqladığı «Ən innovativ ölkələr» siyahısından belə bəlli olur.
Siyahıya 50 ölkənin adı daxil edilib. Onların arasında Azərbaycana yer tapılmayıb.
Ancaq keçmiş SSRİ ölkələrindən siyahıya 6 ölkənin adı daxil edilib.
Bunlardan Rusiya 26-cı, Litva 32-ci, Estoniya 33-cü, Latviya 39-cu, Ukrayna 42-ci, Qazaxıstan 48-ci pillədə qərarlaşıb.
Birinci onluğa isə Cənubu Koreya, İsveç, Almaniya, İsveçrə, Finlandiya, Sinqapur, Yaponiya, Danimarka, ABŞ və İsrail daxil edilib.
«Bloomberg»in innovasiya indeksi 7 göstərici əsasında tərtib edilir. Elmi-tədqiqat, təcrübə-konstruktor işlərinə çəkilən xərclər, məhsuldarlıq və iqtisadiyyatda yüksək texnologiyalı şirkətlərin iştirakı əsas faktorlardan sayılır.
Siyahı tərtib edilərkən ali təhsilin yayılması, malların əlavə dəyəri, qeydiyyata alınan patentlər vətədqiqatçıların sayı da əsas götürülür.