Ötən il 246, 2015-ci ildə isə 257 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yanvarın 19-da keçirdiyi mətbuat konfransında bildirib.
«Onlardan 84 nəfəri işdən azad olunub. Bunların arasında öz ərizəsi ilə işdən azad olunanlar da var. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Onlar barəsində araşdırmalar davam etdirilir»,-deyə A.Əliyev qeyd edib.