Roma Papası Francis Avropada populizm təhlükəsindən danışıb.
İspaniyanın «El Pais» qəzetinə müsahibəsində Papa avropalıları populizmdən qaçmağa, 30-cu illərin səhvlərini təkrarlamamağa çağırıb. O, «böhran qorxu yaradır», «böhran olan yerdə sağlam düşüncə, idrak olmur» deyib. Populizmin ən pis nümunəsi kimi 1933-cü ilin Almaniyasını xatırladıb.
Roma Papası həm də ABŞ-ın yeni prezidenti Donald Trump-la bağlı bir neçə söz deyib. O, D.Trump-ı etik dəyərlərə əməl etməyə, yoxsulların və səfillərin qeydinə qalmağa çağırıb. Papa yeni prezident haqda fikir söyləməkdən ötrü hələ onu müşahidə edəcəyini deyib. Öncədən sevinməyin, yaxud qorxmağınağılsızlıq olduğunu bildirib.