Yeni hərbi şəhərcik açılıb

Hərbi şəhərcik.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində «N» hərbi hissəsinin yeni tikilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Xəbəri AZƏRTAC yayıb.

Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib və hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb.