Sumqayıt Kimya Sənaye Parkı genişləndirilir.
Prezident İlham Əliyev yanvarın 25-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsi sənaye parkının daimi istifadəsinə verilməlidir.
Buna da bax: Pirallahıda sənaye parkı yaradılır
Bununla əlaqədar Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə 3 ay müddətində gərəkli tədbirləri görməlidir.
Xatırlatma
Sumqayıt Kimya Sənaye Parkı prezident İlham Əliyevin 2011-ci il dekabrın 21-də verdiyi fərmanla yaradılıb.
Buna da bax: Naxşıvanda bələdiyyələrin torpağı əlindən alınır
Parkın yaradılmasında məqsəd yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına şərait yaratmaqdır.
Park Bakıdan 32 kilometr aralıda yerləşir. İndiyədək parkın ərazisi 295 hektar idi.