“’Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında’ fərmanı çox vacibdir. Artıq, bununla bağlı geniş müzakirələr gedir. Biz də dəqiqləşdirmələrimizi aparırıq".
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Buna da bax: Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'
Ə. Həsənov qeyd edib ki, aylıq sosial müavinətlərlə təmin olunacaq və olunmayacaq şəxslərin siyahısı dəqiqləşdirilir: "Nazirlər Kabinetinin qərarında bunlar detallı şəkildə əksini tapıb. Təbii ki, narazı olanlar da var. Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək", - deyə o bildirib.
Xatırlatma
Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.
Buna da bax: Hadı Rəcəbli: 'Məcburi köçkünlər pəncərəni açıq qoyurdular...'
Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.
Bundan başqa, Nazirlər Kabineti aylıq sosial müavinətlərlə təmin olunacaq və olunmayacaq şəxslərin siyahısını açıqlayıb.
Yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərin dayandırılması, əvəzində 36 manat aylıq müavinətin verilməsi bəzi köçkünlər arasında narazılıqla qarşılanmaqdadır.
Buna da bax: Köçkünlərə 36 manatlıq vahid aylıq müavinət veriləcək
Yanvarın 26-sı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bir neçə əməkdaşının Rabitə və nəqliyyat kollecinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada sayğac quraşdırmaq istəməsi ciddi etirazla nəticələnmişdi. Köçkünlər sayğacların quraşdırılmasına imkan verməmişdilər.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir