İraq parlamenti yanvarın 30-da hökuməti ABŞ prezidenti Donald Trump-un miqrantlarla bağlı qərarına qarşı cavab tədbirləri görməyə çağırıb.
Bu barədə Reuters agentliyi məlumat verib.
Daonald Trump bundan əvvəl İraq da daxil olmaqla 6 müsəlman ölkəsinin vətəndaşlarına qarşı 90 günlük viza qadağası tətbiq edilməsi barədə sərəncam imzalayıb.
ABŞ prezidentinin İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini dondurmaq qərarı Yaxın Şərq və Afrika ölkələrinin qəzəbinə səbəb olub.
İraq parlamentinin deputatları hökumətdən ABŞ-a qarşı müvafiq addım atılmasını tələb ediblər.
Parlament həmçinin BMT və “Ərəb dövlətləri liqası”nı miqrantların mövqeini müdafiə etməyə çağırıb.
İraqın baş naziri Haider al-Abadi hələlik məsələyə münasibət bildirməyib.