ABŞ hökuməti daimi yaşayış icazəsi ( Qrin-kart) olanların ölkəyə girişinə icazə verib.
Reutersin məlumatına görə, prezident Donald Trumpun miqrantlarla bağlı sərəncamına belə bir düzəliş edilib.
Qeyd edək ki, sərəncamda İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən sakinlərinin ölkəyə girişi 90 günlük qadağan edilir.
Sərəncam veriləndə bu qadağa ABŞ-da daimi yaşayış icazəsi olanlara da şamil edilirdi.
Amma bu ölkənin sərhəd məntəqələrində ciddi əngələ səbəb oldu.
Donald Trum seçkiqabağı kampaniyalar zamanı müsəlman ölkələrindən olan miqrantların ölkəyə buraxılmayacağını vəd eləmişdi və bu ölkədə ciddi narazılığa səbəb olmuşdu.
Amma Trump bir qədər sonra bəyan elədi ki, bunu deyəndə radikal islamçıları nəzərdə tutur.
Trump həmçinin vədlərinin üstündə duraraq Meksika ilə sərhədə divar çəkmək qərarına gəlib.
Meksika prezidenti buna görə ABŞ-a səfərini təxirə salıb.