Hicablı Şaolin döyüşçüləri- FOTOLAR

Klub 2015-ci ildə yaranıb. Onu 20 yaşlı Sima Azimi (ortada) açıb.

Aziminin yanında məşq edən qızlar 14-20 yaşlarındadırlar.

Azimi döyüş sənətinə İranda yiyələnib. O valideynləri ilə birlikdə İrana qaçqın kimi gedibmiş.

O, uşuya yiyələnən ilk qadın deyil. Bir çox Çin rahibələri bu döyüş növünü dərindən bilirdilər. Bəzi imperatorlar özlərinə cangüdən kimi qadın döyüşçüləri seçirdilər. 

Azimi deyir ki, gördüyü işlə o, Əfqanıstanda qadınlarla kişilər arasında bərabərliyə nail olmaq və ölkədə qadın zorakılığına son qoymaq istəyir.

Uşu ilə yanaşı Azimi qızlara özünümüdafiəni də öyrədir. 

Bu bilgilər onun şagirdləri üçün həyati əhəmiyyət kəsb edir. Əfqanıstanda "namus üstə qətl" deyilən cinayətlər geniş yayılıb.

Əksər hallarda bu cür qətllərin qurbanları qadınlar olur. İnsan haqları üzrə müstəqil komissiyanın hesabatına görə, 2015-ci ildə Əfqanıstanda azı 241 qadın öz ailə üzvünün qurbanı olub.

Burada əsasən, öz sevdiyi şəxslə ailə qurmağa çalışan, valideynlərinin seçdiyi adama ərə getməkdən imtina edən qızlar qətlə yetirilir.

Azimi etiraf edir ki, ilk əvvəl qızlar məktəbə gəlməkdən qorxurdular, lakin indi 20 qız müntəzəm olaraq onun yanında məşq edir.

Valideynləri öz qızlarının işini bəyənirlər. Aziminin atası Rahmatulla ara-sıra özü də bu məktəbdə müəllimlik edir. "Mən öz qızımla fəxr edirəm və bundan sonra da onu dəstəkləyəcəm" - deyə o bildirir.

Kabil "Şaolin uşu klubu" Əfqanıstanda qadınlara Şərq döyüş növlərini öyrədən yeganə klubdur. Qatı patriarxal cəmiyyətdə qadınlar nadir hallarda idmanla məşğul olurlar. Bu fotoqalereya əfqan qızlarının uşu və kunq-fuya yiyələnmələri haqdadır.