Azərbaycan əsgəri qar uçqununda həlak olub

Foto illüstrasiya

Foto illüstrasiya

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifəsini yerinə yetirərkən Azərbaycan ordusunun əsgəri Ülvi Rüstəmovun qar uçqununda həlak olduğu bildirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.

«Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir»,-deyə açıqlamada qeyd edilir.