Prezident İlham Əliyev fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisini nəzərdə tutur.
Buna da bax: Səfirlər Cocuq Mərcanlıya gedəcək
Sənədə əsasən, 2017-ci ilin dövlət büdcəsində kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasından ötrü nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı həmin yola ayrılacaq.
Tikintinin aparılmasını “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti təşkil etməlidir.
Prezident bundan əvvəl, yanvarın 24-də də kəndin bərpası ilə bağlı sərəncam vermişdi. Onda da ilkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılırdı. Kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi planlaşdırılır.
Buna da bax: Jurnalistlər Cocuq Mərcanlıda
Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib.