Azərbaycanda 'Qırmızı kitab'a düşən quşlar- [Fotolar]

Çəhrayı qutan.
Yayılması: Mingəçevir su anbarı, Naxçıvan, Xəzər dənizi

Qıvrımlələk qutan.
Yayılması: Mingəçevir su anbarı, Naxçıvan, Xəzər dənizi

Adi ərsindimdik.
Yayılması: Ağgöl, Qızılağac, Mahmudçala

Qara leylək.
Yayılması: Lənkəran rayonu

Flaminqo.
Yayılması: Xəzər dənizi. Qızılağac körfəzi, Abşeron yarımadası, Şirvan Dövlət Təbiət Qoruğu, Kürün deltası, Ağgöl, Sarısu.

Qu quşu.
Yayılması: Xəzər dənizi, Qızılağac körfəzi, Abşeron yarımadası, Şirvan milli parkı, Kürün deltası, Ağ-Göl, Sarısu.

Kiçik qu quşu.
Yayılması: Xəzər dənizi

Qırmızıdöş qaz.
Yayılması: Lənkəran rayonu, Qızılağac qoruğu
 

Mərmər cürə.
Yayılması: Kür çayı, Lənkəran rayonu

Çay qaraquşu.
Yayılması: Kür çayı, Xəzər dənizi

Ağquyruq dəniz qartalı.
Yayılması: Xəzər dənizi, Kür və Araz sahilləri, Abşeron

Tetraçalan.
Yayılması: Azərbaycanın dağlıq və ön dağlıq əraziləri

Qafqaz tetrası.
Yayılması: Böyük və Kiçik Qafqazın dağlıq əraziləri

Yarımsəhra qartalı.
Yayılması: Yalnız köç zamanı Xəzərin qərb sahillərində görünür.

Məzar qartalı.
Yayılması: Qışda - Muğan, Salyan və Lənkəran düzənliklərində

Berqut.
Yayılması: Azərbaycanın dağlıq ərazilərində

Toğlugötürən.
Yayılması: Böyük və Kiçik Qafqaz, Talış dağları

İlanyeyən.
Yayılması: Qobustan, Bozdağ, Zuvand, Araz vadisi

Ütəlgi qizilquş.
Yayılması: Azərbaycanın düzənlik ərazilərində qışlayır. Oktyabrda bölgəyə gəldiyi halda mart ayında geri qayıdır.  

Şahin.
Yayılması: Kür-Araz ovalığında və Xəzər dənizi sahili ərazilərdə rast gəlinir 

Səhra müşğülü.
Yayılması: Yarımsəhra bölgələrində yaşayır

Xəzər uları.
Yayılması: Kiçik qafqazın dağlıq əraziləri

Turac.
Yayılması: Qızılağac qoruğu

Sultan toyuğu.
Yayılması:  Ağzıbir gölü və Mil düzü su hövzələri
 

Dovdaq.
Yayılması: Yarımsəhranın açıq sahələri

Bəzdək.
Yayılması: Kür-Araz və Lənkəran ovalığı ərazilərində qışlayır.

Cek. 
Yayılması: XX əsrin əvvəllərində. Araz çayı vadisi 


 

Çökükburun cüllüt.
Yayılması: Lənkəran və Muğan düzləri, Araz çayı sahilləri boyunca

Ağquyruq.
Yayılması: Kür-Araz ovlağı

Çöl haçaquyruğu.
Yayılması: Kür-Araz ovlağı

Qaraqarın bağrıqara.
Yayılması: Kür-Araz ovlağı

Ağboğaz bülbül.
Yayılması: Naxçıvan və Talış dağları

Azərbaycan Coğrafiya Cəmiyyətinin məlumatına görə ölkədə nəsli kəsilməkdə olan 36 quş növü var. Bu fotoqalereyada onların əksəriyyətinin şəkillərini təqdim edirik.