Bu gün, fevralın 20-də Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərlərinin, xanımlarının Şəki və Qax rayonlarına səfəri başlayıb.
Səfəri Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi (XİN) təşkil edib.
Bu haqda XİN-in mətbuat xidməti xəbər verir.
Buna da bax: 'Prezidentinin Brüssel səfəri, mühüm əhəmiyyəti olan səfəri idi'
Xəbərdə bildirilir ki, səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcəklər.
Yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları barədə onlara bilgi veriləcək.
Səfər fevralın 21-dək davam edəcək.