“Belarus sərhədini yalnız səlahiyyətli orqanların verdiyi səndlərlə keçmək olar. Ukraynanın, özlərini respublika elan edən “Donetsk və Luqansk xalq respublikaları”nın pasportları bu cür sənədlərə aid deyil”.
Bunu Belarus Dövlət Sərhəd Komitəsi-nin rəsmisi Anton Bıckovsky deyib.
Qeyd edək ki, Rusiya-Belarus ittifaq dövləti çərçivəsində hazırda iki ölkə arasında vizasız rejim mövcuddur.
Bıckovsky BelTAagentliyinə deyib ki, Belarus mövcud qanunvericiliyə əməl etdiyindən bu cür sənədlərlə sərhədi keçmək istəyənləri buraxa bilmərik.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 18-də Donetsk və Luqanskda daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlər və avtomobil nömrə nişanlarının Rusiya Federasiyasında tanınması barədə fərman imzalayıb.
Kremlin sözçüsü Dimitry Paeskov bunun beynəlxalq qanunlara zidd olmadığını bəyan edib.
Onun sözlərinə görə qərar hümanitar baxımdan qəbul edilib.
Qeyd edək ki, Ukrayna ilə Azərbaycan da bundan əvvəl mərkəzi hakimiyyətlərin razılığı olmadan separatçı Dağlıq Qarabağ və Ukraynanın Donbas vilayətində istehsal olunan malları ölkəyə buraxmamaq razılığna gəliblər.
Bunu İnterfaks agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mishenko deyib.
Diplomat bildirib ki, Dağlıq Qarabağda istehsal olunan mallar Ukraynaya yalnız rəsmi Bakının razılığı ilə gətirilə bilər.
Həmçinin Azərbaycan Donbasdan gətirilən mallara eyni cür yanaşır.