Bu gün, fevralın 23-ü Astara sərhəd-keçid məntəqəsinin yük terminalın önündə İrana keçmək istəyən onlarla yük maşını növbə gözləyir.
Onlar əsasən Rusiyaya məxsus yük maşınlarıdır. Elə sürücülər var ki, 2-3 gündür növbə gözlədiklərini bildirirlər.
Buna da bax: Astara və Biləsuvar gömrüyündə gördüklərimiz
Sürücülərin sözlərinə görə, onlar tərəvəz daşıyırlar. Burda gözləmələrin səbəbini bilmirlər. Sürücülərin biri deyir ki, növbəsiz gedən maşınlar çoxdur.
Astara yük terminalından verilən məlumata görə isə, problem İran tərəfindədir. Gün ərzində 100-dən çox Rusiyaya məxsus yük maşını gəlir.
Terminaldan onu da bildirdilər ki, problem yaxın saatlarda aradan qaldırılacaq.