Ankarada Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə keçirilən “Molla Pənah Vaqif ili”nin açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, TÜRKSOY-un qərargahında təşkil olunan mərasim bu qurumun, hər iki ölkənin Mədəniyyət və Turizm Nazirliklərinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Molla Pənah Vaqifin Ankara TRT xoru tərəfindən ifa olunan “Durnalar” şeirinə bəstələnmiş mahnı ilə başlanıb.
Buna da bax: Molla Pənah Vaqifin yubileyi qeyd olunacaq
Sonra tədbir iştirakçıları şairin Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitablardan ibarət geniş sərgi ilə tanış olublar.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Molla Pənah Vaqif ili ilə əlaqədar keçiriləcək tədbirlərdən danışıb.
Çıxışlardan sonra M. P. Vaqifin həyatından bəhs edən kiçik videoçarx nümayiş olunub.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova şairin şeirlərini səsləndirib.
Buna da bax: Molla tərifi
Xalq Ozanı aşıq Selahattin Dündar Vaqifin sözlərinə bəstələnmiş mahnılar ifa edib.
Yubiley tədbirləri ilboyu hər iki ölkədə davam edəcək.
TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib