Bu ilin yanvar-fevral aylarında vergi ödəyiciləri dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödəyib. Bu ötən ilin analoji dövründən 162 milyon 359 min manat azdır.
Vergilər Nazirliyindən yayılan məlumata görə, onların müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2 faiz əməl olunub.
Buna da bax: Hökumətin sevimli sözü: 'Avropada vergi dərəcələri bizdən yüksəkdir'
Hesabat dövründə 68 min 172 vergi ödəyicisi qeydiyyata alınıb. Bunun da 492-si əlavə dəyər vergisi (ƏDV) ödəyiciləridir.
Ancaq nazirlik fəaliyyətlərini dayandıran vergi ödəyicilərinin statistikasını açıqlamır. Müstəqil ekspertlər bildirirlər ki, son illər bir sıra iş adamları müxtəlif maneələr üzündən fəaliyyətlərini dayandırmalı olublar. Üstəlik, bizə xarici şirkətlərin də ölkədən getdiyi deyilir.