«Garant Holding» və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur».
Bu açıqlama ilə martın 27-də bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.
Buna da bax: 'Paşa Bank' keçmiş nəqliyyat nazirinin oğlu ilə çəkişir?
Bankın açıqlamasında deyilir ki, «məsələ hüquq normaları çərçivəsində və qanunun aliliyi şəraitində, tərəflərin qarşılıqlı anlaşmasına əsasən» öz həllini tapıb.
Kredit öhdəlikləri icra edildikdən sonra «Paşa Bank» ASC ipoteka predmetləri üzərinə qoyulmuş həbsin və məhkəmə qaydasında görülmüş mühafizə tədbirlərinin götürülməsinə, eyni zamanda, iddia ərizələrinin baxılmamış saxlanılmasına dair ərizələrlə məhkəmələrə müraciət edib. Bankın «Garant Holding» MMC, «Garant İnşaat Sənaye” MMC və holdinqə daxil digər şirkətlərə qarşı iddiasına Abşeron Rayon Məhkəməsində və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.
Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]
Xatırlatma
Martın 24-də AzadlıqRadiosu «Paşa Bank» ASC-nin öz müştəriləri olan «Garant Holding» və «Garant İnşaat Sənaye» MMC-lərinə və digərlərinə qarşı qaldırdığı iddialara dair məlumat dərc etmişdi. Məlumatda, məhkəmə materiallarına istinadən, Anar Məmmədova məxsus holdinqin bəzi əmlaklarına həbs qoyulmasından söz açılırdı.