“Xarici ölkələrdə hazırlıq alan tibb işçiləri, əcnəbilər və Azərbaycanda vətəndaşlığı olmayan şəxslər yalnız Səhiyyə nazirliyinin verdiyi müvafiq şəhadətnamə əsasında tibb fəaliyyəti ilə məşğul ola bilərlər”.
Səhiyyə nazirliyinin özəl tibb və əczaçılıq müəssisələrinə ünvanladığı xəbərdarlıq müraciətində belə yazılır.
Buna da bax: Deputat da təkrarladı: 'Dövlət xəstəxanalarında xidmətin hamısı pulsuzdur'
Nazirlik bildirir ki, bunu, Nazirlər Kabinetinin müvafiq qaydaları, “Əhalinin sağlamlığının qorunması haqqında” qanun tələb edir.
Nazirlik onu da xatırladır ki, dərman vasitələri dövlət qeydiyyatına alındıqdan, keyfiyyətini təsdiq edən müvafiq sənəd verildikdən sonra ölkə ərazisinə idxal edilə, istehsal oluna, satıla və istifadə oluna bilər.
Müraciətdə qanunsuz idxal olunmuş dərman vasitələrinin istifadəsinin və satışının dərhal dayandırılması tələb edilib.
Buna da bax: Hemodializ sahəsində problemlərin çözüldüyünü demək tezdir
Nazirlik əks halda tibb müəssisələri barəsində inzibati tədbirlərin görüləcəyini bildirib.
Nazirlik xəbərdarlıq müraciətini quruma daxil olmuş vətəndaş müraciətləri ilə izah edib.