Fransada keçirilən, dünyanın ən məşhur kinofestivalı olan Kann festivalının 70-cisi başlanır. Festivalın rəsmi saytında 2017-ci il üçün nümayiş ediləcək filmlərin proqramı artıq elan olunub.
Bu il festivalın əsas müsabiqə proqramına 19 film daxil olub. 19 film arasında türk rejissoru Fatih Akın'ın "Heç yerdən", rus rejissoru Andrey Zvyagintsev'in "Sevgi deyil" və ukrayna rejissoru Sergei Loznicha'nın "Mülayim" filmləri də var. Həmçinin festivalın qısa filmlər müsabiqəsi çərçivəsində Təbrizdən olan azərbaycanlı rejissorlar Bəhram və Bəhmən Ərk qardaşlarının çəkdiyi "Heyvan" filmi də göstəriləcək.
Buna da bax: Təbrizli rejissor İranda azərbaycanca film çəkməyin önəmindən danışır
Festival mayın 17-si fransız rejissoru Arnaud Desplechin'in "İsmailin kabusu" filmi ilə açılacaq.
Festivalın əsas proqrammında aşağıdakı tammetrajlı filmlər göstəriləcək.
(BPM) Beats Per Minute (dir: Robin Campillo)
The Beguiled (dir: Sofia Coppola)
The Day After (dir: Hong Sang-soo)
A Gentle Creature (dir: Sergei Loznitsa)
Good Time (dirs: Benny & Josh Safdie)
Happy End (dir: Michael Haneke)
In the Fade (dir: Fatih Akin)
Jupiter’s Moon (dir: Kornél Mundruczó)
The Killing of a Sacred Deer (dir: Yorgos Lanthimos)
“L’amant double” (François Ozon)
Redoubtable (dir: Michel Hazanavicius)
Loveless (dir: Andrey Zvyagintsev)
The Meyerowitz Stories (dir: Noah Baumbach)
Okja (dir: Bong Joon-ho)
Radiance (dir: Naomi Kawase)
Rodin (Jacques Doillon)
Wonderstruck (dir: Todd Haynes)
You Were Never Really Here (dir: Lynne Ramsay)
Buna da bax: Qırğız və gürcü filmləri Berlinaledə. Azərbaycan yenə yoxdur...
Festivalda həmçinin Kiyoshi Kurosawa, Michel Franco və Sergio Castellitto, Alejandro G. Iñárritu kimi tanınmış rejissorların da filmləri də göstəriləcək.
Festival mayın 17-dən 28-nə qədər davam edəcək. Bu ilki Kann fesivalının münsiflər heyyətinin rəhbəri ispan rejissoru Pedro Almodovardır.