“Qlobal mətbuat azadlığı heç vaxt indiki kimi təhlükəyə məruz qalmamışdı”.
“Sərhədsiz Reportyorlar”ın dünən, aprelin 26-sı Vaşinqtonda keçirdiyi Dünya Mətbuat Azadlığı İndeksinin təqdimatında gəlinən ümumi nəticə belə olub.
Mətbuat azadlığını müdafiə edən bu beynəlxalq təşkilat hesab edir ki, jurnalistikadan ötrü “dönüş anı” gəlib. Bütün dünyada mətbuat azadlığına məhdudiyyətlərin və söz azadlığı pozuntularının səviyyəsi beş ildə 14 faiz artıb.
Buna da bax: Deputat media indeksi haqda: 'Qaralama kampaniyasıdır'
“Dünyada mətbuat azadlığı xəritəsi getdikcə daha da qaralır”, deyə “Sərhədsiz Reportyorlar”ın ABŞ nümayəndəliyinin rəhbəri Delfin Halqand söyləyib.
O, daha sonra deyib ki, KİV azadlığı təmin edilməyibsə, başqa heç bir azadlığa zəmanət verilə bilməz
“Washington Post” qəzetinin nümayəndəsi Dana Prist da beynəlxalq jurnalistikanın müdafiəsinin mümkün yolları haqqında müzakirə açıb.
Buna da bax: Hökumət 'Azadlıq.org'u bloklamaq üçün məhkəməyə müraciət edir
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları məsələləri üzrə keçmiş köməkçisi Tom Malinovski isə vurğulayıb ki, ölkəsi mətbuat azadlığının keşiyində dayanmalıdır.
“Hesab edirəm ki, ABŞ müstəqil səsləri dəstəkləməlidir. Reklam beynəlxalq KİV-ə dəstəyin ən yaxşı üsullarından biridir”, o, deyib.
Mətbuat Azadlığı İndeksinə əsasən, Yaxın Şərq və Şimali Afrika bölgəsi jurnalistlərdən ötrü dünyanın ən çətin, təhlükəli bölgəsidir. Şərqi Avropa və Mərkəzi Asiya bu baxımdan ikinci yerdə gəlir.
Buna da bax: Qənimət Zahid: 'Hakimiyyət bloklamada əli olduğunu etiraf etdi'
Bu indeksə görə, 2016-cı ildə Türkiyədə tənəzzüllə yanaşı Rusiyada müstəqil KİV boğulub. Eyni zamanda, Tacikistan (149), Türkmənistan (178) və Azərbaycan (162) kimi keçmiş sovet respublikalarında repressiyalar sistemini təkmilləşdiriblər.