Mayın 15-də Azərbaycan atletləri IV İslam Həmrəyliyi Oyunlarında medal sıralamasında birinciliyi əldən verib.
Hazırda Azərbaycan 65 medalla ikinci sırada yer alır.
Azərbaycanın hesabında 30 qızıl, 23 gümüş medal var. Bundan başqa, atletlər Azərbaycanın hesabına 12 bürünc medal da yazdırıblar.
Buna da bax: Azərbaycan 3 günə 50 medal qazanıb
Medal sıralamasının lideri isə Türkiyədir.
Türkiyəli atletlər mayın 15-i qazandıqları medalların sayını 86-ya yüksəldə biliblər.
Onların hesabında 34 qızıl, 29 gümüş, 23 də bürünc medal var.
IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.
Buna da bax: İlk qızıl medalın sahibi bəlli olub.
İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.