Azərbaycan atletlərinin Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 100-ü ötüb.
Mayın 18-i axşam saatlarına olan bilgilərə görə, İslamiadanın ev sahibinin hesabında ümumilikdə 108 medal var.
Azərbaycan 54 qızıl, 32 gümüş medal qazanıb. Bundan başqa, atletlər Azərbaycanın hesabına indiyədək 22 bürünc medal da yazdırıblar.
Buna da bax: Azərbaycan İslamiadada hazırda 2-ci yerdədir
Azərbaycan idmançıları medal sıralamasında ikinci mövqedədir.
Medal sıralamasında lider əvvəlki kimi Türkiyə atletləridir. Onlar növbəti yarış günündə mövqelərini bir qədər də möhkəmlədiblər.
Hazırda Türkiyə atletlərinin hesabında 148 medal var. Onların 58-si qızıl, 49-u gümüş, 41-i isə bürüncdür.
Medal sıralamasında İran atletləri üçüncü pillədədir.
Buna da bax: İlk qızıl medalın sahibi bəlli olub.
İslamiadaya qatılan ölkələrin 20-si, hələ də medal qazana bilməyib.
IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.
İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub.