'Holcim (Azərbaycan)' ASC 'uğursuzluq zolağı'nda

Sement zavodu

«Holcim (Azərbaycan)» ASC 2016-cı il üzrə maliyyə hesabatının bir hissəsini açıqlayıb.

Hesabata əsasən, şirkət «uğursuzluq zolağı»nda yoluna davam edir: istehsalçının vergidən əvvəlki zərəri 33.248 mln manat olub.

Ötən il Qaradağ Sement Zavodunda satış həcmi 7.9 faiz azalaraq 78 mln manat təşkil edib.

Şirkət il ərzində ümumi və inzibati xərclərini azaldıb.

Amma maliyyə xərcləri artdığından (+4,7 mln. manat) və məzənnə fərqi üzündən (25.3 mln. manat) şirkət ili 33.2 mln manat ziyanla başa vurub.

Əvvəlki ildə ziyan 123.2 mln manat olub.

Hələlik, şirkət ziyanı ötən illərdə yığdığı mənfəət hesabına örtüyünü bildirir.

«Holcim (Azərbaycan)» ASC dünyada sement təchizatçılarından olan «Holcim» Qrupunun bir hissəsidir.

Bu Qrup 1912-ci ildə İsveçrədə təsis edilib

1999-cu ildə Qaradağ Sement Zavodu özəlləşdirib. Zavod «Qarabağ Sement» ASC adını daşıyıb. Həmin il aprelin 26-dan «Qaradağ Sement» ASC «Holcim-Azərbaycan» ASC adını götürüb. Səhmlərin 70 faizində çoxu «Holcim» şirkətinə məxsusdur.