Alimlər: İncildə yazılanlar əfsanələrə əsaslanır

İsrail arxeoloqlarının iddiasına görə, İncildə təsvir olunan hadisələr faktlara deyil, gümanlara əsaslanır. Onlar İncildə təsvir olunmuş hadisələrin maddi sübutlarını aşkar etməyiblər. Onların opponentlərinin əksər hissəsi İncil qissələrinin reallığa əsaslanmadığı haqda deyilənlərə inanmaq istəmirlər.

"İsraillilər heç vaxt Misirdə olmayıblar, heç vaxt səhranı keçməli olmayıblar, heç vaxt İsrail övladlarının 12 şəcərəsinə ötürmək üçün torpaq zəbt etməyiblər", deyə Tel-Əviv Universitetindən professor Professor Zev Herzoq (Ze’ev Herzog) bildirib. Professor Herzoq arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq, İerixon haqqında hekayənin, Süleyman şahın və İncilin digər əsas tanınmış qəhrəmanlarının mövcudluğunu inkar edib.

Doktor Herzoqun opponentləri onu məntiqsizlikdə və bu mübahisədə tutarlı hesab edilə biləcək dəlillər olmadan çıxış etməkdə ittiham edirlər.

Facebook3.7KSkypeMore254

“Siz bilərəkdən övladlarınıza yalan danışardınızmı? Siz əslində baş verməyən hadisəni onlara baş vermiş kimi qələmə verərdinizmi? Bu, etik msələdir", deyə ilahiyyatçı alim Rabbi Adam Çalom (Adam Chalom) bildirib.

Dövrümüzün yəhudi ravvinləri bu barədə nadir hallarda danışsalar da, hesab edirlər ki, patriarxların danışdığı hekayələr əslində adi mifologiyadır.

“Tövrat yəhudi mifologiyasıdır. Rabin kimi mənim işim İncili təfsir edərək onun mənim mifologiyam olduğunu deməkdir. Bu, faktlar kitabı deyil, miflər kitabıdır", - israilli rabin Nardy Grün deyir.

“Əksər ravinlər və yəhudilər hesab edirlər ki, İncil mətnləri sözbəsöz, hərfi mənada başa düşülməməlidir", islahatçı ravin Viktor Appel deyir. "Tövrat bizim tariximizin başlanğıcına aid gözəl mifologiya ilə doludur", deyə ravin Robert Şraybman təsdiq edir. “Tövrat ədəbi əsərdir. Buradakı əhvalatlar uydurmadır və mən də onları məhz belə tədris edirəm", - Birmingem məbədindən ravin Ceffri Falik deyir.

“Bəzi adamlar bu baxışlardan narazıdırlar. Ancaq bu baxışlar yeni deyil. Ravinləri bu barədə düşündüklərini ifadə etməkdən çəkindirən itaətkarlıq yox, utancaqlıq olub", deyə ravin Volpe (Wolpe) 2002-ci ildə dərc etdirdiyi "Eksodus həqiqətən olubmu?" adlı məqaləsində yazır.

Ancaq bir şeyi anlamaq hələ ehtirasla ondan yapışmaq anlamına gəlmir. Volpe yazır ki, bir yəhudi alim onu (müəllifi) ictimai şəkildə tənqid etsə də, bir gün nahar arxasında düşüncələrini etiraf edərək ona belə deyib: "Əlbəttə, sizin dediyiniz doğrudur, ancaq biz bunu açıq deməməliyik".

Qüdsdəki İsrail Muzeyinin baş arxeoloqu professor Maqen Broşi (Magen Broshi) doktor Herzoqun məqaləsi ilə bağlı bunları deyib: "İsraildə və ya dünyada elə bir ciddi alim yoxdur ki, onun mövqeyini qəbul etməsin. Herzoq israilli alimlərin kifayət qədər böyük bir qrupunu təmsil edir. İyirmi ilə vvəl mən də bu barədə yazmışam və mən yenilikçi deyildim. Arxeoloqlar sadəcə əziyyət çəkib öz tapıntılarını ictimaiyyətin diqqərinə çatdırmağa çalışmırlar".

Arxeoloqlar qədim yəhudilərin tarixini detallı xəritələri, məskunlaşma, arxeoloji qazıntılar əsasında araşdıraraq, əldə etdikləri dəlilləri İncil və Misir mətnləri ilə müqayisə ediblər. Onlar belə nəticəyə gəliblər ki, qədim yəhudilər İncildə təsvir olunan əsarətdən qurtularaq bərəkətli Kənan torpağına qayıtmış tayfalar olmayıblar. Onlar əslində heç vaxt bu torpaqları tərk etməyiblər.

“Yəhudilərin kütləvi şəkildə Misirdən Sinay yarımadası vasitəsilə İsrailə gəlməsi haqda heç bir aşkar arxeoloji dəlil tapılmayıb. Yəhudilərin mənşəyi barədə İncildə verilmiş məlumat uydurma və təxəyyülün məhsuludur,” deyə Dyuk Universitetindən tarixçi və İncil arxeoloqu professor Karol Meyers (Carol Meyers) qeyd edib.

“Biz Sinay səhrasında Eksodusun dəlillərini axtardıq və belə nəticəyə gəldik ki, Sinay səhrasında heç nə yoxdur", - ravin Çalom deyir.