Apple şirkəti Apple Maps-i (xəritələr) təkmilləşdirmək üçün istifadəçilərdən kömək istəyir. Şirkət bunun üçün istifadəçilərə ödəniş də edir.
İstifadəçilər yerlər, obyektlər, onların adları barədə sualları cavablandırır. Onlar xəritədəki obyektlərin adını, ünvanını əlavə edirlər.
Uğurla tamamlanan hər tapşırıq istifadəçiyə TryRating veb proqramı vasitəsilə 54 sent qazandırır. Ancaq, hər istifadəçinin həftə ərzində cavablarının sayı 600-ü keçməməlidir. Onların iş saatları da həftədə 20 saatdır.
Sərbəst işçilər 200 səhifəlik xəritə axtarış dəyərləndirmə qaydalarına əməl etməlidirlər.
Apple şirkətinin bu ay fərqli tapşırıqların yerinə yetirilməsi üçün yeni alətlər və qaydalar istifadəyə verəcəyi də söylənilir.
Apple Maps yayımlandığı 2012-ci ildən bəri çatışmazlıqlarına görə tez-tez tənqid edilir. Ancaq, şirkət xidmətin inkişafı üçün cəhdlərini davam etdirir.