Rusiya rəsmiləri avqustun 3-də bildiriblər ki, ümumdünya antidopinq təşkilatlarının tələbini qəbul etməyəcəklər. Onlardan tələb olunur ki, dövlətin idmanda dopinq qəbuluna göz yumduğunu, bunu ört-basdır etdiyini boynuna alsın.
Ümumdünya Antidopinq Agentliyi (WADA) bildirib ki, dövlətin dopinq fəaliyyətinə himayəsi ictimai şəkildə etiraf olunarsa. Rusiyanın RUSADA dopinq testi agentliyinin fəaliyyəti tam bərpa oluna bilər.
Rusiyanın dövlət səviyyəsində dopinqi dəstəkləməsini ötən il WADA-nın təhqiqatçısı Richard McLaren üzə çıxarıb.
«Dövlət proqramı olmayıb və ola da bilməz. Bu, Rusiyada baş verməyib», – baş nazirin müavini Vitaly Mutko avqustun 3-də TASS agentliyinə deyib.
«Baş verməyən şeyi boynumuza almayacağıq», – o, sözlərinə əlavə edib.
Ötən il McLaren-in ittihamları üzə çıxandan sonra Rusiya İdman Nazirliyinin rəsmiləri istefa verib. Ancaq hökumət heç vaxt hesabatda deyilənlərə görə məsuliyyət daşıdığını dilə gətirməyib.