Çeçenistan rəsmisi müğənni Bakaevin yoxa çıxması xəbərini cəfəng adlandırıb (Video)

bakaev

Çeçenistanın millis siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov müğənni Zelim Bakaevin Qroznıda yoxa çıxması barədə kütləvi informasiya vasitələrinin məlumatını “cəfəngiyyat” adlandırıb.

Onun sözlərinə görə, müğənni “müəyyən vaxtdan sonra” peyda olacaq.

Bu barədə avqustun 18-də RBK məlumat yayıb.

Amma Umarov Bakaevin hazırda harda olduğuna aydınlıq gətirməyib.

Bakaev avqustun 8-də Qroznıda hərbi geyimdə olan şəxslər tərəfindən saxlanıb.

Onun yoxa çıxmasını Azadlıq Radiosuna bir neçə mənbə təsdiqləyib.

Bakaev Dağıstan, İnquşetiya və Moskvada konsertlər verib.

Azadlıq Radiosunda olan məlumata görə, onun musiqiləri Çeçenistanda başa düşülən mahnılardan fərqli olduğundan respublikada çıxışı qadağan edilib.