Bu gün, avqustun 25-i Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.
Fətvada Qurban bayramı islam dünyasını birləşdirən əməllərdən biri kimi dəyərləndirilir.
Qazilər Şurası bildirir ki, adətən qurbanlıq kimi qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurban kimi seçmək olar.
«Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır», - deyə fətvada bildirilir.
Sənəd müəllifləri xatırladırlar ki, bu il Qurban bayramı miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.
İslam dininə görə, hər bir imkanlı şəxs qurban kəsməlidir. Qurban kəsiləcək heyvanın ətinin bir hissəsinin imkansız ailələrə, yetimlərə paylanması vacib sayılır.