Qəbələdə Mürəbbə Festivalı başlayıb

Azerbaijan – Nohur lake resort center in Gabala region – 14Aug2013

Avqustun 26-da Qəbələdə 5-ci Beynəlxalq Mürəbbə Festivalı başlayıb. Festival Qəbələrayon İcra Hakimiyyətinin (İH) təşkilatçılığı ilə keçirilir.Bu barədə elə İH məlumat yayılıb.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyin, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası dəstək verir.

“Qafqaz Karvansaray” oteli ərazisində keçirilən festivalda 22 ölkə təmsil olunur.

Festivalda Azərbaycanın 44 rayonunda hazırlanmış mürəbbələr də nümayiş etdirilir.

İştirakçılar 8 növdə mürəbbə çeşidlərini rayona səfər edən qonaqlara göstərirlər.

Festivalın keçirilməsində məqsədin ölkə mədəniyyətini və milli kulinariyasını təbliğ etmək olduğu bildirilir.

Festivalın təşkil olunmasının maliyyə tərəfləri açıqlanmır.

Azərbaycanda sonuncu belə festival ötən il keçirilib.

Avqustun 27-də Qəbələdə keçirilən həmin festivalda 10 ölkədən gətirilən və yerli mürəbbələr nümayiş edilmişdi.