DSK: 'İş yerləri ilin əvvəlindən 12 min artıb'

Dövlət Statistika Komitəsi

Azərbaycanda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,3 min nəfərdir.

Bu statistika sentyabr ayının 1-nə olan dövrü əhatə edir.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında yazılır.

Komitə bildirir ki, qeyd olunan göstərici ilin əvvəli ilə müqayisədə 12,3 min nəfər və ya 0,8 faiz çoxdur.

Statistika qurumu bildirir ki, təkcə avqust ayında 1400 nəfər işlə təmin edilib.

Buna da bax: Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

Ay ərzində dövlət aparatı və dövlət müəssisələrində işləyənlərin sayı 3,2 min nəfər azalıb. Qeyri-dövlət sektorunda isə 645,9 mindən 650,5 min nəfərədək artım olduğu bildirilir.

Prezident nə demişdi?

DSK-nın statistikası ilə dövlət başçısının açıqlamalarında ziddiyyət üzə çıxıb.

Prezident İlham Əliyev oktyabrın 10-da hökumətin iclasında bəyan etmişdi ki, ilin əvvəlindən 226 min yeni iş yeri açılıb. Bunun 171 mini daimidir.

Hökumət bildirir ki, yeni iş yerlərini əsasən kiçik bizneslə məşğul olan fiziki şəxslər yaradır.

Buna da bax: Əsas kapitala qoyulan vəsait açıqlanıb

Müstəqil ekspertlər Azərbaycanda məşğulluq barədə rəsmi informasiyalara inanmır və onların siyasiləşdirildiyini qeyd edirlər. Üstəlik, vurğulayırlar ki, yeni iş yerləri barədə məlumatlar açıqlansa da, ixtisar və müəssisələrin bağlanması ilə bağlı məlumatlar qapalı saxlanır.

Azərbaycanda rəsmilərlə, ekspertlərin məşğulluqla bağlı yalnız bir məqamda fikirləri üst-üstə düşür. Bu da ölkədə qeyr-rəsmi məşğulluğun geniş yayılması ilə bağlı düşüncələrdir.