Kanadada parlamentinin qəbul etdiyi “Maqnitsk qanunu” qüvvəyə mindi

Kanada bayrağı

Kanadada parlamentinin qəbul etdiyi yeni “Maqnitsk qanunu” artıq qüvvəyə minib.

Bu ABŞ-ın tətbiq etdiyi müfaviq qanunla eynidir.

Qanunda korrupsiya cinayətləri və insan haqlarının pozulmasında əli olan xarici məmurlara qarşı sanksiyalar nəzərdə tutulur.

Söhbət onların bank hesablarının dondurulması və viza qadağasından gedir.

Kanada parlamentində keçirilən dinləmələr zamanı qeyd edilib ki, bu qanun ilk növbədə Rusiya, Venesuela,İran, Vyetnam və Myanma vətəndaşlarına şamil ediləcək.

Rusiyanın Ottavadakı səfirliyi bunu “irrasional” qərar adlandırıb.

Həmçinin Moskva bundan əvvəl bunu cavabsız qoymayacağını bəyan edib.

Qeyd edək ki, ABŞ bundan əvvəl-2012-ci ildə "Maqnitski qanunu" qəbul edib.

Bu qanuna əsasən Rusiyada insan hüquqlarını pozmuş vəzifəli şəxslərin adı "qara siyahı"ya salınıb. Söhbət həmin şəxslərin bank hesablarının dondurulması və onlara qarşı viza qadağasından gedir.

2016-cı il dekabrın 9-da isə ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib.

Bu qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini daha da genişləndirir.

Əvvəllər bu qanun yalnız Rusiya vətəndaşlarına şamil edilirdisə, indi yeni qanun hər bir ölkəni əhatə edə bilər.

Magnitsky aktı” öncə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin 2009-cu ildə həbsxanada ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı tətbiq edilib.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Maqnitskinin ölümündən sonra Konqresmen Cin Manqover və senator Benjamin Kardin "Maqnitski qanunu" təklifini verib.