Yaşayış minimumu 173 manat ola bilər

Yaşayış minimumuna daxil olan məhsullar

Azərbaycanda 2018-ci il üzrə yaşayış minimumunun 173 manat müəyyən ediləcəyi gözlənir.

"Turan" Agentliyinin xəbərinə görə, Milli Məclisin müzakirə etməyə hazırlaşdığı “2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində belə nəzərdə tutulur

Layihədə 2018-ci il üzrə yaşayış minimumunun 173 manat müəyyən edilməsi təklif olunur.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Layihədə yaşayış minimumu əməkqabiliyyətli əhali üzrə 183, pensiyaçılardan ötrü isə 144 manat nəzərdə tutulur.

Uşaqlara yaşayış minimumu 154 manat müəyyən olunur.

Xatırlatma

2017-ci ildə Azərbaycan üzrə yaşayış minimumu 155 manat müəyyən edilmişdi.

Ölkə başçısının ötən ilin dekabrında imzaladığı “2017-ci il üçün yaşayış minimumu haqqında ” qanunda bu göstərici əməkqabiliyyətli əhalidən ötrü 164.5 manat, pensiyaçılara da 130.2 manat nəzərdə tutulmuşdu.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Başa çatmaqda olan ildə uşaqların yaşayış minimumu 136.6 manat təşkil etmişdi.

2016-cı ildə isə yaşayış minimumu əməkqabiliyyətli əhalidən ötrü 146, pensiyaçılara 115, uşaqlara 117 manat təşkil edib.

Bir çox ekspertlər deyir ki, Azərbaycanda minimum yaşayış xərcləri reallıqla ayaqlaşmağa yetmir.