Oktyabrın 26-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7002 səviyyəsində formalaşıb.
Bu gün, oktyabrın 26-sı rəsmi məzənnəyə görə, 1 dollar elə 1.7002 manata bərabər olub.
Bu il manatın ümumilikdə dollara nisbətən 4 faiz möhkəmləndiyi bildirilir.