-
İraqın federal hökuməti israr edir ki, kürdlərin müstəqillik referendumunun nəticəsi ləğv olunsun. Kürdüstan regional hökuməti isə Bağdadla dialoqu asanlaşdırmaqdan ötrü səsvermənin nəticəsinin dondurmağı təklif edirdi.
“Biz ancaq onun ləğvini və konstitusiyaya sayqını qəbul edəcəyik”, – İraqın baş naziri Haidar al-Abadi oktyabrın 26-da İrana səfəri zamanı deyib.
İraqın kürd regionu oktyabrın 24-də təklif edib ki, “dərhal atəşkəs” elan olunsun, müstəqillik referendumunun nəticələri ləğv edilsin, konstitusiya əsasında federal hökumətlə açıq dialoq başlansın.
Sentyabrın 25-də keçirilmiş referendumda kürdlərin 92 faizi müstəqilliyi dəstəkləyib, Bağdadsa bu səsverməni qanunsuz elan edib.
İran, Türkiyə, eləcə də Qərb hökumətlərinin çoxu referenduma qarşı çıxıblar.
Ötən həftə İraq qüvvələri İranın dəstəklədiyi şiə yaraqlıların köməyilə neftlə zəngin Kərkük vilayətinə nəzarəti ələ alıb. Toqquşmalarda onlarla peşmərgə döyüşçüsü və şiə yaraqlısı öldürülüb.